about-3

BİZ KİMİK?

Bizim kompaniya 1996-cı ildən bəri istilik və su təchizatı sistemləri sahəsində avadanlıqların satışı, quraşdırılması, servisi və layihələndirilməsi ilə məşğuldur. Şirkətimiz dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir və bütün fəaliyyətini beynəlxalq standartlar, keyfiyyətin təmin olunması, ətraf mühitin və ekologiyanın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik idarəetmə sisteminin tələblərinə uyğun qurub. Kompaniyamız qiymətli və peşəkar kadrları ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə tutur.

Kompaniyamız daxilində aşağıdakı qrupları birləşdirir:

  1. Menecer qrupu.
  2. Mühəndis qrupu.
  3. Quraşdırma qrupları.
  4. Servis qrupu.
about-2-mini

BİZ NƏ EDİRİK?

Şirkətimiz müxtəlif növ sənaye tipli buxar qazanları,buxar generatorları,binalar üçün mərkəzi isitmə və soyutma sistemləri su təchizatı avadanlıqlarının satışı ilə məşğuldur.

Kompaniyamız satış öncəsi avadanlıqların mövcud layihəyə uyğun seçilməsi, müştəriyə çatdırılması, quraşdırılması, sınağı  və sazlanması  işlərində müştərilərinə yaxından köməklik göstərir.

Kompaniyamız gördüyü bütün işlərin təhlukəsizliyinin zəmanətçisi Fövqəladə Hallar Nazirliyi tərəfindən kompaniyamıza verilmiş olan lisenziya və əməkdaşlarımızın şəhadətnamələridir.

BİZİM TƏRƏFDAŞLARIMIZ

1954-cü ildə İstanbulda əsası qoyulan DemirDöküm, isitmə və soyutma sistemləri sahəsində fəaliyyət göstərir.
Yaranma tarixindən DemirDöküm Türkiyə sənayəsinin inkişafına böyük töhfələr vermiş, istehlakçılarını qabaqcıl texnologiyalarla təmin etmiş, sektorun inkişafını və avadanlıqların keyfiyyətini gündən günə artırmışdır. Türkiyə istehlakçıları DəmirDöküm vasitəsilə istilik sisteminin yeni qurğuları, sistemləri və xidmətlər ilə tanış olmuşdur. Şirkət Türkiyədə ilk dəfə çuğundan hazırlanmış radiatorlar, Kombilər, boylerlər, sobalar, elektrikli su qızdırıcıları, panel radiatorların istehsalına görə Türkiyənin ən öndə gedən şirkəti müəyyən edilmişdir.DemirDöküm müştərilərinə  mühəndislik dəstəyi verməklə avadanlıqların satışı və quraşdırılmasını  həyata keçirir.Bundan əlavə, şirkət müştəri məmnuniyətini daima ön planda tutaraq satış sonrası xidmətləri çox sürətlə qarşılamaqdadır. Bu gün DəmirDöküm etibarlı diler, etibarlı xidmət və satış nöqtələrin şəbəkəsi ilə Türkiyənin istilik sektorunun lideridir. İlk ixracatını 1968-ci ildə İordaniyaya çuğun radiator satmaqla başlayan DəmirDöküm, bu gün Çinnən Çiliyə qədər uzanan bir coğrafiyada 40-dan çox ölkəyə ixracat etməkdədir. 2007-ci ildə DəmirDöküm dünyada istilik sektorunda aparıcı şirkət olan Valliant Group-un tərkibinə daxil olmaqla Daxili bazarla  yanaşı ixracatda da liderliyini qoruyur.

İxracat-Bazarları

Qurulduğu gündən bu günə 100.000-in üzərində sənaye tipli  buxar qazanı və binalar üçün mərkəzi isitmə qazanları sataraq,mərkəzi isitmə və sənaye qazanları sektorunda liderdir.Şirkət başda Fransa,İtaliya,İngiltərə,Rusiya,İspaniya olmaqla Avropa,Afrikanı əhatə edən 70-dən artıq ölkədə fəaliyyət göstərir.O cümlədən Azərbaycan  bazarında da,layiqli yerini tutaraq Azərsun Holdingin bütün fabrikləri ilə yanaşı,Mr Fix,Gədəbəy Mineral Suları və başqa iri istehsalçılar Erensan qazanlarından istifadə edirlər.

Wilo adı dünya miqyasında ənənəvi birinci sinif  Alman mühəndisliyinin  simvoludur.Nasoslarımız və nasos sistemlərimiz isitmə,havalandırma,soyutma,su  təchizatı və tullantı sularının təmizləmə sistemlərində,bina texnologiyalarında,sənayedə və təbiki evlərinizdə istifadə olunmaqdadır.

Lovhəli istilikdəyişdiricilər sektorunda Türkiyənin ən öndə gedən və seçilən markalarından olan MIT Lovhəli istilikdəyişdiricilər sektorun davamlı inkişafı adına gündən günə yeni addımlar atmağa davam edir. Türkiyədə istehsal edilən spesifik məhsullarla məhsul çeşidini genisləndirməyi hədəfləyən Ekin Endustriyel’in bu mövzüdakı qərarlığının ən konkret göstəricisi MIT Lovhəli istilikdəyişdiriciləridir. “Bir Xəyalımdan Var” fəlsəfəsi ilə qurulduğu gündən bu yana işlərini aralıqsız davam etdirən Ekin Endustriyel personalı, xəyallarının reallaşmağa başladığını görməkdə və bu xəyallarının arxasından getməyə davam etməkdədir.
Bu yolçuluqda şirkət təşkilat səmasının ən yüksək nöqtəsində yerləşdirdiyi müştəriləriylə birlikdə, inkişafənə təmin edən rəqibləriylə və özünə dəstək verən butun tədarukşulırə ilə yaxşə əlaqələr quraraq yalnız ticarət olmaqla qalmayıb ictimai mənada da arxasında yaxşı izlər buraxmaq Ekin Endustriyel’in əsas hədəfidir.

BİZƏ ETİBAR EDƏ BİLƏRSİNİZ

lisen1
lis1
sert
svid1
svid2
svid3
lisen2
azs